Vaginizm nədir?
Vaginizm — uşaqlıq yolunun girəcəyini əhatə edən əzələlərin daxil olma cəhdi zamanı reflektor olaraq yığılmasıdır.
Bu reaksiya qadının iradəsi ilə idarə olunmur: xanım cinsi əlaqəni istəsə belə, əzələlər istər-istəməz gərilir. Ağrı qorxusu spazmı gücləndirir, spazm isə ağrını və qorxunu artırır. Buna görə vaginizm “zamanla öz-özünə keçər” deyilən bir vəziyyət deyil.
Hansı əlamətlər vaginizmə işarə edir?
- cinsi əlaqənin mümkün olmaması və ya hər dəfə ağrı ilə müşayiət olunması;
- daxil olma cəhdi zamanı əzələlərin gərilməsi, ayaqların istər-istəməz yığılması;
- ginekoloji müayinənin və ya tampon istifadəsinin mümkün olmaması;
- cinsi əlaqə ərəfəsində güclü həyəcan, qorxu və ondan yayınma.
Vaginizm cinsi həyatın ilk günlərindən özünü göstərə bilər və ya əvvəllər problemsiz olan cinsi həyatda sonradan yarana bilər.
Səbəbləri
Vaginizm çox vaxt ağrı qorxusu, cinsi həyat haqqında yanlış və ya qorxuducu məlumatlar, gərginlik və əvvəlki xoşagəlməz təcrübələrlə bağlı olur. Bəzən isə ağrının fiziki səbəbi olur: iltihab, quruluq və ya çapıq. Buna görə müalicədən əvvəl ağrıya səbəb ola biləcək ginekoloji problemlər istisna edilir.
Müalicə necə aparılır?
Müalicə xüsusi metodlarla aparılır və maksimum 3–4 seansda tamamlanır.
- SöhbətŞikayətin nə vaxtdan başladığı və hansı hallarda özünü göstərdiyi ətraflı danışılır. Müalicənin necə keçəcəyi əvvəlcədən izah edilir.
- Səbəbin dəqiqləşdirilməsiAğrıya səbəb ola biləcək ginekoloji problemlər istisna edilir.
- Müalicə seanslarıTürkiyədə alınmış xüsusi təlimə əsaslanan metodlarla aparılır. Müalicə maksimum 3–4 seansda tamamlanır.
FAQ
Vaginizm müalicə olunurmu?
Bəli, vaginizm müalicə olunan vəziyyətdir. Xüsusi metodlarla aparılan müalicə maksimum 3–4 seansda tamamlanır.
Vaginizm öz-özünə keçərmi?
Çox vaxt keçmir: hər uğursuz cəhd qorxunu və gözlənilən ağrını artırır, bu da əzələlərin yığılmasını gücləndirir. Buna görə gözləmək deyil, həkimə müraciət etmək lazımdır.
Müraciət etməyə utanıram. Nə etməliyəm?
Vaginizm həkimə müraciət üçün tamamilə normal səbəbdir və bu sahədə çoxsaylı xanım müalicəni uğurla başa vurub. İstəsəniz, sualınızı əvvəlcə WhatsApp vasitəsilə yaza bilərsiniz.
Bu səhifədəki məlumat ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.
Bu barədə danışmaq olar
Şikayətinizi WhatsApp vasitəsilə yazın — qəbul üçün vaxt təyin edək.